Teylor Svift qarın piylərinə görə aclıq edib

Teylor Svift qarın piylərinə görə aclıq edib

Amerikalı müğənni Teylor Svift bir vaxtlar qarın nahiyəsindəki piylərinə görə özünü yeməkdən məhrum edib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi lentə aldığı yeni sənədli filmində danışıb.

Buna səbəb isə paparatsilər tərəfindən lentə alınan uğursuz şəkillər olub.

Saytların birində “18 yaşında hamilə?” başlığı ilə öz fotosunu görən Svift depressiyaya düşüb və aclıq etmək qərarına gəlib.

Qeyd edək ki, ifaçı hazırda müntəzəm olaraq idmanla məşğul olur.

Mənbə: axsam.az