"Hər dəfə xanımımdan mesaj alandan həyəcanlanıram, rəngim ağarır" - Kərim

"Hər dəfə xanımımdan mesaj alandan həyəcanlanıram, rəngim ağarır" - Kərim

Məşhur müğənni Kərim Abbasov "Ona qalsa" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, veriliş zamanı Kərim sənətinə görə bəzən ailəsində problemlər yaşandığını deyib. O bildirib ki, bir müddət öncə klip çəkilişi üçün rəqqasə Renka ilə açıq-saçıq kadrlara görə də həyat yoldaşı ilə müəyyən problemləri olub:

"Klip efirə gedəndən sonra zəng elədim yoldaşımla danışım. Telefonda danışa bilmirdi rəsmən şokda idi. Həmin vaxtı üçüncü xətdə isə qaynım idi. Gördüm qaynım gülür mənə deyir "kef elə". Bunun bu sözünə yoldaşım daha da əsəbləşdi. Həmin hadisədə qaynım girdi qanımın arasına. Amma mən onu sakitləşdirməyin yolun bilirəm. Yoldaşım heç bir hədiyyə ilə sakitləşmir ancaq onu hansısa xarici ölkəyə səyahətə aparmaq lazımdır ki, özünə gəlsin. Mən də yolun tutmuşam artıq".

Müğənninin bu sözlərindən sonra ona həyat yoldaşından mesaj gəlib. Mesajı açmazdan isə Kərim bildirib ki, hər dəfə yoldaşından mesaj alanda həyəcanlanır: "Rəngim ağarır ondan mesaj gələndə. Mənə yazıb ki: "Sən evə gələrsən". Işim çətindi artıq. Görək necə edəcəm".
Samirə Qasımova
 

 

Mənbə: big.az