“Sirlərin sərgüzəşti” müzakirə olunacaq

Yanvarın 28-də saat AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xalq yazıçısı Kamal Abdullanın "Sirlərin sərgüzəşti" romanının müzakirəsi keçiriləcək.

Olaylar.az bildirir ki, AMEA Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə təşkil

olunacaq müzakirədə ədəbiyyatşünaslar roman haqqında fikirlərini bildirəcək, müəllifə suallarını

ünvanlayacaqlar.

Qeyd edək ki, yazıçının "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə

yox", romanlarından sonra sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan,

yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb.

 

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

“Tinder” servisində YENİLİK - “Həyəcan” düyməsi istifadəyə veriləcək

SONRAKI XƏBƏR

“Yalan söyləməyin” - Doxsan min adam koronovirusa yoluxub