Röya yeni mahnısını təqdim etdi - AUDİO

Xalq artisti Röya Ayxan növbətini hitini təqdim edib.

Oxu.Az xəbər verir ki, sənətçi bu dəfə “Təmənnasız” adlı mahnını dinləyicilərin ixtiyarına verib.

Sözügedən bəstənin sözləri, musiqisi və aranjimanı Fidan Əliyevaya məxsusdur. “Təmənnasız” bu gün sənətçinin rəsmi “YouTube” hesabında yayıma buraxılıb. Röya yaxın günlərdə bəstəyə ekran həyatı verəcək.

Qeyd edək ki, Xalq artisti Röya Ayxanın başı konsert hazırlıqlarına qarışıb. Belə ki, mart ayının 7, 8 və 9-da “Congress Centre Hall”da sənətçi canlı solo konsert proqramı ilə çıxış edəcək.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Səudiyyə Ərəbistanında “Quran” dəyişdirildi

SONRAKI XƏBƏR

Daha bir ölkədə koronavirus aşkarlanıb