"Gəlinimi suvenir kimi gətirəcəm evimə"-Könül Kərimova

"Gəlinimi suvenir kimi gətirəcəm evimə"-Könül Kərimova

Məşhur müğənni Könül Kərimova ATV-də yayımlanan "7 Canlı" verilişində qonaq olub.
BiG.AZ xəbər verir ki, aparıcı Vüsalə Əlizadə müğənniyə "gəlininizin necə bir qız olmasını istərdiniz?" sualını ünvanlayıb.
Könül Kərimova oğlunun düzgün seçim etmədiyi halda ona qarşı çıxacağını bildirib:

"Mənim qəbul etmədiyim bir məsəl var. Deyirlər ki, "qoy öz istədiyi olsun, sevdiyi olsun, evlənən siz deyilsiniz", mən bunu qəbul etmirəm. Təəssüflər olsun ki, indiki övladlar düzgün seçim etmirlər. Əgər oğlum düzgün insanı sevib seçsə, çox sevinərəm. Hətta qurban kəsərəm. Çox zaman isə belə olmur. Mən çox istərdim ki, gəlinim ağıllı olsun, tərbiyəsi yerində olsun. Mənim hər şeyim var şükür, neynirəm imkanlı gəlini?! Kasıb qız olsun amma ağıllı olsun. Mən gəlinimi bəzəyib-düzəyib suvenir kimi evimə gətirəcəm. Sadəcə ağlı olsun, vəssalam"
Samirə Qasımova

 

Mənbə: big.az