Mərkəzi İncəsənət məktəbində Holokost soyqırımı qurbanları yad edildi

Mərkəzi İncəsənət məktəbində Holokost soyqırımı qurbanları yad edildi

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində Holokost soyqırımının 75-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Məktəbin foyesində Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi, G. Əliyeva adına 3 nömrəli uşaq incəsənət, 5 nömrəli uşaq incəsənət, F. Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi rəssamlıq sinfi şagirdlərinin əl işlərindən ibarət “Müharibə istəmirik!” mövzusunda sərgi təşkil edilmişdi.

Tədbirdə İsrail dövlətinin səfir müavini Arital Rosenberg, İsrail konsulluğunun əməkdaşları, Bakı və Azərbaycan Yeparxiyası pravoslav dini təşkilatının baş keşişi Konstantin Pominov, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini qurumlarla iş üzrə Dövlət komitəsinin sədr müavini Gündüz İsmayılov , Veteran Tankçılar birliyinin sədri Hacı Əzimov, Bakı şəhər İncəsənət məktəblərinin direktorları, yəhudi milliyyətindən olan qonaqlar iştirak etdi. Məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusiflinin çıxışı ilə başlanan tədbirdə, qonaqlar soyqırım haqqında, onun dəhşətləri haqqında fikirlərini bölüşdülər. Sonda Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi şagirdlərinin iştirakı ilə

qəmgin ruhda kiçik konsert proqramı təqdim edildi.

 

Mənbə: moderator.az