“Mənə qarşı bu cür ittihamların qəti qorxusu yoxdu...”

Bir neçə ay öncə həyat yoldaşını itirən Xalq artisti Teymur Mustafayev tək də olsa, yaşamağa çalışdığını deyib.

T.Mustafayev

Moderator.az-a açıqlamasında elə imkan olduqca verilişlərdə iştirak etdiyini və nəvələriylə başını qatdığını bildirib:

“Həyat yoldaşımın vəfatından sonra səbr etməyə çalışıram, Allah özü kömək olur. Özümün də az yaşım yoxdu və hamımız bir gün dünyadan köçəsiyik. Elə imkan olduqca verilişlərdə iştirak edib ifalar edirəm. Evdə də olanda nəvələr başımı qatır. Düzdür, həmin vaxt efirə çıxanda mənə qarşı ittihamlar səsləndirdilər və dedilər ki, həyat yoldaşının qırxı çıxmaşım niyə efirə çıxıb. Amma onların da cavabını verdim. Demək istəyirəm ki, mənə qarşı bu cür ittihamların qəti qorxusu yoxdu. Getsinlər Allahları bilsin, özləri bilsinlər. Heç kim, heç kimin evinin içini bilmir”.

Vasif Əlihüseyn

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Şahzadə Diananın avtomobili SATIŞA ÇIXARILDI — FOTO

SONRAKI XƏBƏR

Mərkəzi İncəsənət məktəbində Holokost soyqırımı qurbanları yad edildi