İlahənin tənqidini ələ saldı - Video

İlahənin tənqidini ələ saldı - Video

Müğənni Tacir Şahmalıoğlu həmkarı İlahə Fədanın onu tənqid etməsini ələ salıb.

Axşam.az xəbər verir ki, İlahə həmkarının yeni doğulan oğlu ilə hamamda çimərkən çəkdirdiyi videosunu tənqid etmişdi.

Şahmalıoğlu bu dəfə oğlunu qucağına alaraq, paltarda və başında papaqla hamama girib.

“Uşağı çimizdirmək istəyirəm. Soyunan da söz-söhbət olur. Çox adam deyir ki, onu niyə soyunub çimizdirirsən. Daha belə çimizdirəcəm” deyə, Tacir bildirib.

Qeyd edək ki, İlahə Tacirin ünvanına “Biz tərəfdə 40-45 yaşlı kişilər övladlarının adını da çəkmirdilər. Bir oğlu olub. Gah hamamda lüt video çəkdirir yayır, gah nə edir. Nə olub? Kimə nəyi sübut edirsən? Xasiyyəti də yoxdur” sözlərini deyib.

Xatırladaq ki, Tacirin bir neçə ay əvvəl oğlu doğulub.

Mənbə: axsam.az