Roza İvana Serti Bakıya gətirdi - FOTO/VİDEO

Türkiyədə yaşayan dizayner və modelyerlik fəaliyyəti ilə məşğul olan əslən serbiyalı İvana Sert Bakıya gəlib.

Oxu.Az xəbər verir ki, Türkiyənin TV8 kanalında “İşte benim stilim” dəb şousunun münsifi olmuş İvana müğənni Roza Zərgərli ilə səmimi şəkildə görüşərək, onunla birgə böyük layihələrini bir neçə gündən sonra təqdim edəcəyinin anonsunu verib.

“Instagram” hesabının “Hekayə” bölümündə “Gözəl Bakıda yenidən sizinlə görüşürük. Bir neçə gündən sonra gözəl əylənib, həm də son bir neçə ayda yeni layihələrimizi sizə təqdim edəcəyik. Bunları sizin üçün edirik. Xoşbəxt olun”, - deyə Sert bildirib.

Roza isə öz növbəsində “Sizə 2020-ci ildə şoklar yaşadacağıq”, - söyləyərək İvananı öpüşlərə qərq edib.

Qeyd edək ki, bu, İ.Sertin Bakıya ilk gəlişi deyil. Məşhur bir neçə dəfə geyim butiklərinin açılışına gəlib, dəbdəbəli moda gecələrində iştirak edib.

Rəşad Əliyev

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə yenidən zəlzələ olub

SONRAKI XƏBƏR

Düşmən Laçında daha iki SES-in  tikintisinə başladı...-FOTOLAR