Ronaldonun sevgilisi BU paylaşımıyla SEVİNDİRDİ - FOTO-VİDEO

Məşhur futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges 26 yaşının tamam olması münasibətilə maraqlı paylaşım edib.



BiG.AZ-ın ru.hellomagazine.com-a istinadən verdiyi xəbərə görə, qadın üç il birlikdə olduğu futbolçu və övladlarıyla keçirdiyi doğum günündən fotolar paylaşıb.



Münasibətlərinin ilk günlərindən toylarının nə zaman olacağı barədə "baş sındıran" pərəstişkarlarını bu paylaşım sevindirib.



Belə ki, Corcina sevgilisi barədə yazarkən İspan dilindən tərcümədə "həyat yoldaşı" mənasını verən "marido" sözündən istifadə edib:



"Ən xoşbəxt 26 yaşım! Həyatdan istəyəcəyim bir şey qalmayıb. Bircə ailəm və özüm üçün cansağlığı. Təbriklərə, çiçəklərə və sevginizə görə hamınıza təşəkkür edirəm. Həyat yoldaşıma isə bu həyatda mənə verə biləcəyi ən gözəl hədiyyə olan övladlarımıza görə minnətdaram Sizin hamınızı sevirəm!"



Xatırladaq ki, Kriştianu Ronaldo və Corcina Rodriqes 4 övlad böyüdür. Ronaldonun böyük oğlunun anasının adı açıqlanmır, iki əkiz uşaq suraqat anadandır, ən kiçik qızını isə Corcina özü dünyaya gətirib.



Big.az

ƏVVƏLKİ XƏBƏR

DİN yol qəzaları ilə bağlı məlumat yaydı

SONRAKI XƏBƏR

Bakıda koronavirus təhlükəsi ilə əlaqədar xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlanıb