Tünzalə bu layihəyə görə dəyişildi -FOTOLAR

Tünzalə bu layihəyə görə dəyişildi -FOTOLAR

Rejissor Nail Naiboğlu yeni işbirliyində olduğu Xalq artistinin adını açıqlayıb. SİA-ya bu haqda danışan rejissor ətraflı məlumat verib: "Xalq artisti Tünzalə Ağayeva ilə iş birliyimiz oldu. Onunla ilk dəfə idi çalışırdım. Çox maraqlı çəkiliş prosesimiz baş tutdu. Klip 18 saata Bakıda çəkildi. Sənətçinin "Sən getdin" adlı mahnısını ekranlaşdırdıq. Sujet xətti olmayan klipin operatoru Ruslan Ağazadədir. Ekran işində yeni və qlamur Tünzalə Ağayeva görəcəksiniz.

İfaçının imici üzərində stilist Anar Ağakişiyev işləyib. Geyimi isə modelyer Gülnarə Xəlilovaya aiddir".

Qeyd edək ki, "Sən getdin" adlı mahnının sözləri Məmməd Araza, musiqisi isə ifaçının özünə məxsusdur.

Klipdən olan fotoları təqdim edirik:

Mənbə: olaylar.az