Brejnevin uşaqlarının taleyi necə oldu... - Foto

Brejnevin uşaqlarının taleyi necə oldu... - Foto

Sovet İttifaqı Mərkəzi Komitəsinin baş katiblərindən biri olmuş Leonid Brejnev cəmi bir dəfə evlənmişdi. Viktoriya Denisova ilə nikahdan iki övladı dünyaya gəlmişdi. Bəs Qalina və Yurinin taleyi necə oldu?

Bizimyol.info xəbər verir ki, Qalina 1929-cu ildə doğulmuşdu. Erkən yaşlarından özünü çılğın aparır, temperamentli təsir bağışlayırmış. Aktrisa olmaq istəyini atasına deyəndə Leonid İliç buna neqativ reaksiya vermişdi.

Qalina ədəbiyyat fakültəsini bitirdi. İşləmədiyi yer qalmadı: sirkdə kostyumçu, hətta SSRİ Daxili İşlər Nazirliyinin arxiv idarəsinin əməkdaşı. Anasına heç bənzəmirdi. Həmişə qeyri-adi qalmaqalların mərkəzində dayanardı. Üç dəfə ərə getmişdi. Məhəbbət macəraları haqqında SSRİ-də çox şayiələr gəzirdi.

Qalina heç vaxt karyera qura bilmədi. Çünki həmişə Brejnevin qızı kimi qəbul olunmuşdu. Atasının ölümündən sonra əyyaş həyatı keçirməyə başlamışdı. Bu iş onun yolunu psixiatriya xəstəxanasına da saldı. 1998-ci ildə səssir-səmirsiz vəfat etdi.

Yuri 1933-cü ildə Ukraynada doğulmuşdu. O, bacısına bənzəmirdi. Özünü ciddi aparır, məqsədləri üçün mübarizə aparırdı. Dneprodzerjinski Metallurgiya İnstitutunu öz gücünə bitirmişdi. Lyudmila adlı ingilis dili müəlliməsi ilə nikahdan Leonid və Andrey adlı iki oğlu dünyaya göz açıb.

Atasının ölümü Yuriyə çox pis təsir etmişdi. Uzun müddət özünə gələ bilməmişdi. Üstəlik, atasına görə sonradan az əziyyət çəkmədi. Yalnız 2003-cü ildə fərdi pensiya haqqını əldə edə bilmişdi.

Yuri altı il əvvəl vəfat edib. Andrey iki il əvvəl infarkta tab gətiri bilməyib. Leonid isə elmi fəaliyyətini davam etdirir.

Mənbə: www.bizimyol.info