Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ uzun müddətdir ki, yemək bişirmək hobbisi ilə gündəm olub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyor İngiltərədə 3 aylıq kulinariya təhsilindən sonra restoran açmaq qərarına gəlib.
İddialara görə, o, restoranı İstanbulun Göktürk məhəlləsində açacaq. Tatlıtuğ restoranında dünya mətbəxindən nümunələr təqdim edəcək.
K. Tatlıtuğ aşpazlıq kursunda bişirdiyi yeməkləri ilk olaraq həyat yoldaşı Başak Dizerə daddırır.
Xatırladaq ki, Tatlıtuğ bir müddət öncə ailəsi ilə birgə Londona köçüb və aylıq 9 min manatlıq ev tutub.
Mənbə: qafqazinfo.az