Rüstəm toy tarixini açıqladı

Rüstəm toy tarixini açıqladı

Model Rüstəm Cəbrayılov toy tarixini açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə “Show news”a müsahibəsində danışan model xoşbəxt olduğunu bildirib:

“Qismət olarsa, toyumuz orucluqdan əvvəl, apreldə olacaq. 33 yaşım var artıq, mən yaşda meşədə ağac qalmayıb. Sevdim və düşündüm ki, həyatımın qadınını tapmışam”.

R.Cəbrayılov ata olmaq arzusundan da söz açıb:

“33 il ərzində 100-ə yaxın ölkədə olmuşam. Xarici ölkələrə getməyə ara verəcəyəm. Gecə gəzintilərim, dostlarla görüşlərim azalacaq. Normal ailə başçısı olacağam. Vətənə, millətə layiqli övladlar yetişdirmək istəyirəm”.
Qeyd edək ki, Rüstəmin nişanı ötən ay olub.

Mənbə: axsam.az