Bu seriallar CƏRİMƏLƏNDİ - Əxlaqi dəyərlər pozulduğuna görə

Bu seriallar CƏRİMƏLƏNDİ - Əxlaqi dəyərlər pozulduğuna görə

Türkiyənin ən çox izlənilən iki serialı cərimələnib.

Yenicag.az xəbər verir ki, RTÜK (Radio və Televiziya Ali Şurası) “Yasak Elma” və “Çukur” seriallarına pul cəzası verib. Cəmiyyətin əxlaqi dəyərlərinə ciddi zərər verdiyi bildirilən bu seriallar barədə izləyicilər tərəfindən də quruma çoxlu şikayətlərin daxil olduğu qeyd olunub.

Məlumata görə, “Yasak Elma” serialında ailə dəyərlərinə zidd münasibətlər, “Çukur”da isə zorakılığın təbliği kimi zərərli səhnələrə yer verilib

Mənbə: yenicag.az