Aralarında 12 yaş fərq olan məşhur cütlük evlənir - FOTOLAR

Aralarında 12 yaş fərq olan məşhur cütlük evlənir - FOTOLAR

Türkiyəli komediya ustası Cem Yılmaz özündən 12 yaş kiçik aktrisa sevgilisi Serenay Sarıkaya ilə evlənməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “Posta” məlumat yayıb.

Bildirilib ki, Afina tətilindən yenicə qayıdan cütlük nikah masasına oturacaq.

Qeyd edək ki, Cem Yılmaz ilk dəfə aktrisa Ahu Yağtu ilə ailə qurub. Kamal adlı oğul sahibi olan cütlük 2013-cü ildə boşanıb. Yılmaz son olaraq aktrisa Defne Samyeli ilə dillər əzbəri olan sevgi macərası yaşayıb. Serenay Sarıkaya isə həmkarı Kerem Bursinlə 3,5 illik münasibətdə olub. Lakin cütlüyün evlənmək fikri olmayıb.

Mənbə: publika.az