"Elə bilirəm dünən tanış olmuşuq" - Nadir Qafarzadə sevgisindən danışdı

"Elə bilirəm dünən tanış olmuşuq" - Nadir Qafarzadə sevgisindən danışdı

Məşhur müğənni Nadir Qafarzadə "ATV" kanalında yayımlanan "Şou Atv" verilişində qonaq olub.
BiG.AZ xəbər verir ki, müğənni verilişdə həyat yoldaşı ilə münasibətlərindən danışıb:

"Yoldaşımla mən neçə illər keçsə də, ilk gün necə idik, elə də qalmışıq. Elə bilirəm dünən tanış olmuşuq. O şıltaqlıq, sevgi hər zaman var, İnşallah olacaq da. Arada dalaşmaq da olar. Amma çalışırıq ki, uşaqların yanında olmasın. Uşaqların yanında nəsə sözümüz düz gəlməyəndə göz-qaşla danışırıq. Arada sosial şəbəkələrdə paylaşımlarımı görür. Mənə deyir, "sənə lazımdır bu?! Çörək pulunu qazan, ailəni dolandır". Amma özü heç bir sosial şəbəkədə yoxdur".
 

 

Mənbə: big.az