Rüfətdən həmkarına ETİRAZ: “Qab da yuyaram, paltar da” - VİDEO

Rüfətdən həmkarına ETİRAZ: “Qab da yuyaram, paltar da” - VİDEO

ARB TV-nin "Ona qalsa" verilişində qonaq Rüfət Nasosnu və Oqtay Kamil olub.

Milli.Az bildirir ki, Oqtay Kamil verilişlərin birində səsləndirdiyi fikrinə aydınlıq gətirib:

"Mən bütün qadınların ünvanına deməmişəm ki, bütün qadınlar ev işi üçün yaradılıb, qadın maşın sürmək üçün yaradılmayıb. Mən bu fikirləri özümə aid olaraq səsləndirmişəm. Daha doğrusu, qadınlar qeyri-peşəkar avtomobil idarə etdiklərinə görə mən o fikri səsləndirmişəm".

Oqtay Kamilin bu fikirlərinə müdaxilə edən Rüfət Nasosnu öz subyektiv fikirlərini səsləndirib. O bildirib ki, qadınların avtomobil idarə etməsində qəbahət yoxdur:

"Burada qəbahət yoxdur. Uzaq yol gedən zaman kişi yorulanda avtomobili qadın idarə edə bilər. Burda heç bir problem yoxdur. Qadınlar kişi işini, kişilər də qadın işlərini bacarmalıdır. Qadının da evdə səhhəti nasazlayanda yemək bişirib, uşaqların paltarın yumaq, ailəyə xidmət etmək bizim borcumuzdur".

Milli.Az

Mənbə: news.milli.az