Məşhur futbolçunun bacısı "Survivor"a qatılacaq - FOTO

Məşhur futbolçunun bacısı "Survivor"a qatılacaq - FOTO

"PSJ"də çıxış edən Mauro İkardinin bacısı İvana İkardi "Survivor" yarışmasına qatılır.

Unikal.org xəbər verir ki, yaşadığı qalmaqallı hadisələr və qardaşının həyat yoldaşının Vanda Nara ilə "atışma"ları ilə tez-tez gündəmə gələn İvana İkardi İspaniyada "Survivor" yarışmasına qatılacağını açıqlayıb. Daha öncə vətəni Argentinada "Big Brother" yarışmasına qatılan İvana bu dəfə də iddalı görünür.

Qeyd edək ki, yarışmanın qalibini 200 min avro (440 min manat) pul mükafatı gözləyir.

Mənbə: www.unikal.org