“Mona Liza” da koronavirusa "yoluxdu"

“Mona Liza” da koronavirusa "yoluxdu"

İspaniyada keçirilməsi nəzərdə tutulan dünyanın ən böyük mobil texnologiya sərgisi koronavirus səbəbindən ləğv edilib.

Primetime.az xəbər verir ki Barselona şəhərində keçirilməsi planlaşdırılan sərgi ləğv edildiyinə görə sənətkarlardan biri gözlənilməz hərəkət edib.

Belə ki, Barselona şəhərində yerləşən Kataloniya hökumət binasının divarına “Maskalı Mona Liza” şəkli çəkilib. “Tvboy” ləqəbli italyan sənətkar çəkdiyi rəsm əsərini “Mobil dünya virusu” adlandırıb. Həmçinin divar rəsmində üzü maskalı vəziyyətdə Mona Lizanın əlində mobil telefon da təsvir edilib. Hökumət binasının divarına çəkilən rəsm əsəri insanlarda böyük marağa səbəb olub.

Bəzi vətəndaşlar sərginin ləğv edilməsinin əleyhinə olsa da, bəziləri isə koronavirusa qarşı tədbirlər görülməsi məqsədi ilə bu addımı xoş qarşılayıb.

Koronavirus ilə bağlı çox sayda paylaşım olduğunu bildirən rəssam həmçinin mobil telefonların da bir növ virus olduğunu qeyd edib.

Mənbə: primetime.az