Elgizlə bir səhnəni bölüşən aparıcının sözləri hər kəsi şok etdi: " Ər şirin şeydir"

Elgizlə bir səhnəni bölüşən aparıcının sözləri hər kəsi şok etdi: " Ər şirin şeydir"

Arb telekanalının canlı efirində aparıcı hər kəsi təəccübləndirib.

Sonxeber.az bildirir ki, "Elgizlə izlə" verilişinin aparıcısı Zeynəb verilişə gələn problemli cütlüklər haqqında danışarkən hər kəsi təəccübünə səbəb olan cümlə işlədib. Belə ki, o fikir bildirərkən "Ər şirin şeydir" sözünü işlədib.

Elə bu zaman canlı efirdə iştirak edən, verilişin ekspertlərin biri ona "Elədirsə, bəs, sən niyə getmirsən?" sualını ünvanlayıb.

Verilən sualdan çaşğınlıq yaşayan aparıcı çətin vəziyyətə düşüb. Onun əvəzinə isə həmkarı Elgiz Əkbər "Onu istəyənlər çoxdur" deyərək cavab verib.

Şəlalə Babayeva

 

 

Mənbə: sonxeber.az