Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib

Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Şuxrat Sirojiddinov Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib.

AZƏRTAC xəbər verir ki, özbəkistanlı alimə fəxri doktor diplomu dahi şair Əlişir Nəvainin anadan olmasının 579 illiyi münasibətilə keçirilən “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” beynəlxalq elmi konfransında təqdim olunub.

Şuxrat Sirojiddinov qeyd edib ki, fəxri doktor seçilməsi ümumilikdə Özbəkistan alimlərinə verilən dəyərin rəmzi ifadəsidir.

Mənbə: azertag.az