Nazilə Aynurla olan qalmaqaldan danışdı: "Hər iki insana hörmətim var"

Nazilə Aynurla olan qalmaqaldan danışdı: "Hər iki insana hörmətim var"

Şairə Nazilə Səfərli Aynur Dadaşova ilə yaşadığı qalmaqala aydınlıq gətirib.

Primetime.az xəbər verir ki, o bu barədə öz İnstaqram hesabında məlumat paylaşıb: "Əzizlərim bu gün efirdə yaşanan gərgin adlandırdığınız anlara aydınlıq gətirmək istəyirəm. Saytlarda ünvanıma nalayiq sözlər yazan hər kəs ona-buna pul atmaqla məşgul olanlardı.Hər zaman belə olub ki,pulu verəndə yaxşı adamsan,istəyəndə pis adam.Ay sizə qurban olum ,mən öz pulumu istəmişəm. O pulu məndən təəcili alıblar ki,Röyaya mahnını hazır təhvil verməliyik. Yoxsa Röya oxumayacaq. Məşhurlaşmağa təzə başlayanlar kimi mən də bəzi xərclər çəkmişəm bu yerlərə gələnə qədər...Düşünün 8il bundan öncə borc tapıb 1000 azn aranjimana pul vermişəm ki,mahnımı Röya oxusun. Mahnı hazır olandan sonra Ruslan dedi Röya stufiyaya vaxt edib gələ bilmir .Bir sözlə oxumaga gəlmədi. İndi özümə maraqlıdır ki,görəsən heç Röyanın bundan xəbəri var? Mahnı 7 il yatdı sonra bir gün Ruslan zəng etdi ki,mahnını Aynur Dadaşovaya 1500ə verdim. Dedim bəs Röya nə oldu? Dedi gəlmədi oxumaga neynim ucuz satdım ki,sənin pulun batmasın. Dedim : - pul hanı? Dedi :-dedi Aynur verməyib. Alanda verəcəm.


Keçən il Aynurla tədbirdə qarşılaşanda soruşdum dedi:pulsuz mahnı olar?Çoxdan vermişəm. Ruslana zəng etdim deyir elə şey olmayıb. İndi mən neyləmişəm ki,deyirsiniz efiri bazara çevirmişəm.Nə zamansa açılmalı idi də bu mövzu.Kimi isə təhqir etməmişəm. Efirdə əxlaqsızlıq təbliq etməmişəm,cinsi azlıqları şüuraltı reklam etməmişəm. Zərərli məlumatlar yaymamışam, naxələflik etməmişəm,ailələrə burun soxmamışsm,sadəcə pulumu istəmişəm. Aynura da təşəkkür edirəm ki,məsələyə aydınlıq gətirdi. İnşallah Ruslan pulumu göndərər mən də lazım olan işlərimi həll edim.Hər iki insana hörmətim var. Qərəzim yox.Vəssalam."

Mənbə: primetime.az