Valeriya siyasi partiya yaradır

Valeriya siyasi partiya yaradır

Rusiyanın Xalq artisti Valeriya məişət zorakılığı və qadın hüquqlarının müdafiəsi ilə məşğul olacaq siyasi partiya yaradacaq və ona başçılıq edəcək. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “REN TV” xəbər verib.

“Partiya “Güclü qadınlar” adlanacaq”, - müğənninin həyat yoldaşı və prodüseri İosif Priqojin bildirib.

Valeriya ilk olaraq Yutub kanalında “Niyə mən?” adlı proqram yaradacaq. Həmin proqramda o, zərərçəkən qadınlardan müsahibə alacaq.

Priqojinin sözlərinə görə, layihə 2020-ci ilin payızında hazır olacaq.

 

Mənbə: qafqazinfo.az