Aparıcı Vüsalə Əlizadənin sosial şəbəkədə paylaşdığı görüntüsü müzakirələrə səbəb olub.
İzləyiciləri onun çənəsinə estetik prosedur etdirdiyini iddia ediblər.
Vüsalə isə arıqladığı üçün belə göründüyünü bildirib:
"Çənə dolğusu etdirməmişəm. Bilib-bilmədən fikir formalaşdırmayın. Üzümdə 5 və 7 nöqtə prosedurları var. Alın və mimik qırışları üçün ildə bir dəfə botoks olunur. Çox çəki atmışam və olan sümüklər də üzə çıxıb. Məncə, arıqlayanda belə olması normaldır"./Axsam.az
Mənbə: yenisabah.az