Ukrayna kanalı qadağaya baxmayaraq fevralın 23-də sovet filmlərini göstərdi

Ukrayna kanalı qadağaya baxmayaraq fevralın 23-də sovet filmlərini göstərdi

Ukraynanın “İnter” telekanalı fevralın 23-ü üçün film marafonu təşkil edib və Sovet müharibəsinə həsr olunan filmlər nümayiş etdirib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, layihənin şüarı isə belə olub: “Öz Vətəninə sadiq qalanların hamısına ithaf edilir”.

Gün ərzində “Həyəcan”, “Ələ keçirmək”, eləcə də “Xüsusi diqqət zonasında” və “Cavab gedişi” kimi filmlər nümayiş olunacaq.

Bundan əlavə, kanalda “Bizim Qələbəmiz” adlı bir layihə həyata keçirilir. Beləliklə, “İnter ilə səhər” verilişində Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş süjetlər nümayiş olunub.

Bundan əvvəl, Ukraynanın o zamankı prezidenti Petro Poroshenko 2014-cü ildə Vətən Müdafiəçisi Gününün qeyd edilməsini 23 fevraldan 14 oktyabr tarixinə dəyişmişdi.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az