Dünyanın ən rəngarəng karnavalı başladı - Fotolar

Dünyanın ən rəngarəng karnavalı başladı -  Fotolar

Rio-de-Janeyroda hər il keçirilən məşhur karnavalın açılışı olub.

Axşam.az xəbər verir ki, rəqqaslar, musiqiçilər və aktyorlar rəngarəng geyimdə küçələrə axışıb. Karnavaldakı şouları görmək üçün dünyanın müxtəlif yerindən turist şəhərə yollanıb.

Tədbir rəqqasların rəqsləri ilə açılıb. Onların şousunu şirlərlə oynamaq tamamlayıb. İnsanlar 500 metr sahəsi olan Sambadroma yollanıb.

Braziliyada gerçəkləşən şənliyə 7 milyon insanın qatılacağı bildirilib. Onun 2 milyonu turistlərdir. Karnaval fevralın 29-na kimi davam edəcək. Dünyanın ən rəngarəng şənliyi olan karnavalda insanlar bədənlərini boyalarla rəngləyirlər. Festival çərçivəsində samba paradı keçiriləcək.

Karnaval 232 milyon dollar xeyir gətirəcək.

Mənbə: axsam.az