"Biri kriminalı, o biri uşaqbazlığı təbliğ edir..." - TAHİR İMANOV - VİDEO

"Biri kriminalı, o biri uşaqbazlığı təbliğ edir..." - TAHİR İMANOV - VİDEO

"Ağanatiq" Heydər Əliyev Sarayının səhnəsində yaranıb. 1998-ci ildə, yəni 22 il öncə".

Bu sözləri News24.az-a açıqlamasında Əməkdar artist Tahir İmanov deyib. Tanınmış KVN ustası "Ağanatiq" obrazının yaranma tarixçəsindən danışıb: "1997-ci ildə mən Moskvadan Bakıya qayıdanda Cabir məni qarşıladı, sonra guya taksi sürücüsüymüş kimi hal əhvalımı, vəziyyətimi sorğu- sual elədi. Həmin məqamda da beynimizdə bir Ağanatiq obrazı yarandı. Sonra bu haqda kapitanımız Anar Məmmədxanovla da danışdıq. Onun razılığını alandan sonra "Ağanatiq"i canlandırdıq".

İmanov "Ağanatiq 2" filmindən bəhs edib: "Bu filmin birincidən fərqi çəkilişlərin böyük hissəsinin təyyarədə aparılmasıdır. Azərbaycan Hava Yolları şirkəti olmasaydı yəqin bu filmi ərsəyə gətirə bilməzdik. Bu səbəbdən ssenarini məkana uyğun olaraq yazdıq".
Filmin növbəti dəfə davamının olub-olmayacağına gəlincə, T.İmanov bunları dedi: "Üçüncüsünün çəkilib, çəkilməyəcəyini hələ ki, bilmirik, çünki bu haqda danışmaq hələ çox tezdir. Biz heç vaxt reytinq ardınca qaçmamışıq. Afaq xanımın sözünə qüvvət: "Qoy reytinq bizim dalımızca qaçsın". Reytinq verən verilişlər çox pis gündədir. Biri kriminalı, digəri isə uşaqbazlığı təbliğ edir. Ona görə də reytinq dalınca heç vaxt qaçmamışıq. Adımız addır, "Parni iz Baku" adı altında qalırıq və öz işimizlə məşğul oluruq".

T. İmanov "Ağanatiq 2" filmində çəkilən Xalq artisti Tünzalə Ağayevadan da söz açıb: "Tünzalə xanım sənətkardır. Düşünürəm ki, onun aktrisa kimi istedadı olduğundan bu işdə heç bir problem olmadı. Obrazı da uğurlu alınıb".

Əməkdar artist ənənəvi aprel konsertlərindən söhbət açıb: "Məşqlər yox, amma işlər çoxdan başlayıb. Hətta demək olar ki, keçən ilin sonundan start götürüb. Çünki burda ilk növbədə ssenarıy müəllifləri, prodüser qrupu, ən sonda isə aktyor heyəti cəlb olunur. Aktyorlarımız isə olduqça peşəkardırlar. Məsələn, Bəhrama obrazını yaradıb hiss etməsi üçün üç, dörd bəs edir".
 

Mənbə: news24.az