Emili Ratajkovski toyunda gəlinlik geyinməyib - VİDEO

Dünya şöhrətli model Emili Ratajkovski prodüser Sebastyan Bear-Makklardla 2 il əvvəl ailə qursa da, toydan heç bir görüntü paylaşmamışdı.

Axşam.az xəbər verir ki, münasibətlərini uzatmağın mənasız olduğunu düşünən cütlük tanışlıqlarının artıq 3-cü həftəsində özlərinə toy etmişdi.

Ötən gün Emili nikah mərasimində lentə alınan videonu sosial şəbəkədə paylaşıb.

Emilinin əynində ağ gəlinlik əvəzinə xardal rəngli kostyum, Sebastyanın əynində isə mavi rəngli gödəkçə və şalvarın olması diqqət çəkib.

Model paylaşdığı videoya “Sənə dəfələrlə ərə gedərdim” qeydini yazıb.

 

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

Android telefonları artıq iPhone-lardan daha təhlükəsiz ola bilər

SONRAKI XƏBƏR

Xocalı soyqırımından 28 il ötür - Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində tədbir keçrildi