108 kilo olan qadın arıqlayıb gözəllik kraliçası seçildi - FOTO

İngiltərədə qadın çəkisi 108 kiloqrama çatdıqda sevgilisi tərəfindən tərk edilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı qadın “çox köksən” deyərək ondan ayrılan sevgilisindən intiqam almaq qərarına gəlib. O, yüksək kalorili yeməklər əvəzinə artıq az kalorili və sağlam qidalardan istifadə etməyə başlayıb. Nəticədə isə 2 il ərzində 50 kq arıqlamağı bacarıb.

Gənc qadın 2018-ci ildə qatıldığı “Miss İngiltərə” gözəllik yarışmasında ikinci olub. Ötən günlərdə qatıldığı “Miss Böyük Britaniya” yarışmasında isə o, gözəllik kraliçası seçilib. Kalori saymadığını qeyd edən ingiltərəli qadın hər gün nə yediyinə diqqət etdiyini bildirib.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə İranla bütün hava reyslərini dayandırdı

SONRAKI XƏBƏR

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - QƏRAR