Anar çılpaq fotolarını paylaşdı

Anar çılpaq fotolarını paylaşdı

Rusiyada fəaliyyət göstərən azərbaycanlı aktyor Anar Xəlilov sosial media hesabında çılpaq fotolarını paylaşıb.

Axşam.az xəbər verir ki, hazırda “Məxməri mövsüm” serialında rol alan 25 yaşlı sənətçi paylaşımına “Bədəninizi sevin və hər şeyi yeməyin” sözlərini yazıb.

Qeyd edək ki, Anar Xəlilov Boris Şukin adına Teatr İnstitutunun məzunudur. O, Rusiyanın xalq artisti Lyudmila Maksakovanın tələbəsi olub. Aktyor azərbaycanlı rejissor İlqar Safatın "İçərişəhər" filmində əsas rolu oynayıb.

Aktyor fəaliyyətindən başqa, Xəlilov həmçinin müxtəlif layihələrdə fotomodel kimi iştirak edir.

Mənbə: axsam.az