Stiven Spilberq "İndiana Cons”un 5-ci seriyasını çəkməkdən imtina etdi

Stiven Spilberq "İndiana Cons”un 5-ci seriyasını çəkməkdən imtina etdi

Hollivudun tanınmış rejissoru Stiven Spilberq Harrison Ford tərəfindən yenidən oynanılacaq arxeoloq İndiana Cons haqqında beşinci filmin rejissorluq kreslosunda oturmayacaq.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Spilberqin belə bir qərarı könüllü olaraq qəbul etdiyi deyilir.

Filmin rejissoru “Ford Ferrariyə qarşı” filminin müəllifi Ceyms Menqold olacaq. Spilberq “İndiana Cons 5” filmində prodüser kimi çalışacaq.

Qeyd edək ki, “”İndiana Cons” filminin əvvəlki seriyalarının hamısını Spilberq lentə alıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az