Məşhur təlimçi Azərbaycana gəlir - VİDEO

Məşhur təlimçi Azərbaycana gəlir - VİDEO

“ARES Qualification” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda “Həyatın Pərdəarxası Sirləri” təlimi keçiriləcək.
BiG.AZ-ın verdiyi xəbərə görə, təlimdə fərdi inkişafla məşğul olan şəxslər, kouçlar, psixoloqlar, psixiatrlar, psixoterapevtlər, şirkət rəhbərləri, pedaqoqlar və s. olmaqla 850 nəfərə yaxın adam iştirak edəcək.
26 aprel 2020-ci il tarixində, Avropa Azərbaycan məktəbində keçiriləcək üç saatlıq tədbirdə Türkiyədən gələn psixoloq Beyhan Budak və Rəvan Soltan çıxış edəcəklər.
Psixoloq Beyhan Budak aşağıdakı mövzularda danışacaq:


1. Kişilər nə istəyir, qadınlar nə gözləyir?
2. Xoşbəxt münasibətlərin ortaq nöqtələri
3. Xoşbəxt olmayan münasibətlərin ortaq nöqtələri
4. Kişi və qadınların psixoloji baxımdan fərqləri
5.Tez-tez rast gəlinən münasibət problemləri və onların həll yolları

Psixoloq Rəvan Soltanın danışacağı mövzular isə bunlardır:



1. Bizi yoran düşüncələrdən necə azad olaq?
2. "Yox" demə bacarığı
3. Stressin idarə edilməsi
4. Doğru qərar qəbul etmə
5. Konfliktlərin idarə edilməsi
6. Zamanın idarə edilməsi
7. Özünə ilkin psixoloji yardım
8. Orqanizmin beyin və psixologiyaya təsiri
9. Əbədi yaşar insan modeli
Qeyd olunur ki, iştirakçılar BEYNƏLXALQ SERTİFİKATLA təltif olunacaqlar.
Tədbirdən sonra Beyhan Budakın “Senin Suçun Değil” kitabının təqdimatı və imza günü keçiriləcək.
Qeydiyyatdan keçmək üçün bu linkə daxil olun.
Natəvan Baxşiyeva

 

Mənbə: big.az