“Avroviziya-2020” koronavirusa görə təxirə salına bilər

“Avroviziya-2020” koronavirusa görə təxirə salına bilər

May ayının 12-i, 14-ü və 16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək 65-ci “Avroviziya” mahnı müsabiqəsinin təşkilatçıları dünyanı cənginə alan təhlükəli konoravirus epidemiyası ilə bağlı narahatlıq keçirirlər.

Oxu.Az xəbər verir ki, müsabiqənin təşkilatçıları virusla bağlı vəziyyəti izləyirlər.

Onlar may ayına kimi problemin həll olunacağına ümid edirlər.

Təşkilatçılar bildiriblər ki, epidemioloji vəziyyəti izləyən Rotterdam şəhər rəhbərliyindən mütəmadi məlumat alır. Müsabiqənin baş tutub-tutmayacağını isə koronavirusun yayılma əhatəsinə bağlayırlar. Təşkilatçılar müsabiqənin başlayacağı tarixdən əvvəl virusun məğlub olacağına ümid bəsləyirlər.

Virusun səngiməyəcəyi və daha çox yerləri əhatə edəcəyi təqdiqdə, “Avroviziya-2020”nin vaxtının dəyişdirilməsi istisna olunmur.

Qeyd edək ki, Azərbaycan “Avroviziya”da 13-cü dəfə iştirak edəcək. Ölkəmiz 2016-cı ildə olduğu kimi “Avroviziya” beynəlxalq musiqi müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Rəşad Əliyev

Mənbə: www.oxu.az