Rusiyanı "Eurovision"da bu müğənni təmsil edəcək

Rusiyanı "Eurovision"da bu müğənni təmsil edəcək

“Eurovision-2020” də Rusiyanı 35 yaşlı Aleksandr Panayotov təmsil edəcək.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Starhit” nəşri yayıb.

Panayotov mahnı müsabiqəsinin seçimində ilk dəfə 2005-ci ildə iştirak edib, lakin keçməyib. 2008-ci ildə onu bir neçə balla Dima Bilan geridə qoyub. 2017-ci ildə yenə cəhd edib. O zaman Kiyevə Yuliya Samoylovanı göndərmək istəyirdilər. O isə bir ildən sonra “Avroviziya”ya gedə bilib.

Aleksandr Panayotov Zaporojye şəhərində anadan olub. Artist Rusiyanın musiqi layihələrində bir neçə dəfə iştirak edib: 2003-cü ildə “Rossiya” kanalında “Xalq Artisti”ndə ikinci yeri tutub, 2016-cı ildə “Səs” layihəsinin finalına çatıb. Layihədən sonra Qriqori Leps musiqiçinin prodüseri olub. Məlumdur ki, o, Panayotovun “Eurovision”da ifa edəcəyi mahnının seçimində iştirak edib.

Panayotov Svetloqorskda keçirilən “Qolos KiViN — 2017” festivalında münsiflər heyətinə daxil olub. “Avroviziya — 2020” müsabiqəsində iştirak etmək üçün Polina Qaqarina, “Little Big” qrupu, Yuliya Zivert və qazaxıstanlı Dimaş Kudaybergen bacarıqlarını sınayıblar.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az