Qırmızı xalçanın qara libaslı gözəlləri... - Fotolar

70-ci Berlin Beynəlxalq Film Festivalı (Berlinale) çərçivəsində “The roads not taken” filminin premyerası olub.

“Qafqazinfo” xəbər verir ki, martın 13-də ABŞ-da təqdimatı olacaq ekran işininin ilk nümayişi Almaniyada baş tutub.

Qırmızı xalçanın əsas qəhrəmanları isə Salma Hayek və Ella Fanning olub. 53 yaşlı Hayek qara libası və 1920-ci illərdən ilhamlanaraq hazırlanan saç modeli ilə diqqət çəkib.

21 yaşlı Ellanın isə “Armani” imzalı qara uzun libası hər kəsin marağına səbəb olub.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Bakı polisi məktəbliləri maarifləndirdi

SONRAKI XƏBƏR

Rusiyanı "Eurovision"da bu müğənni təmsil edəcək