Hürufilik və şəbeh

Uzunzamandır paytaxtdan ayrı qalmağım, eyni zamanda, teatrdan və yazıdan da kənarlaşmağımasəbəb oldu. Nəhayət şad xəbər... Cəfər Cabbarlı adına İrəvan Dövlət AzərbaycanDram Teatrı, 22 fevral 2020-ci il tarixində Bərdəyə qastrol səfərinə gəlir. Bəsgətirdikləri sovqat? Haqq mənəm... Nəsimi... bu fürsəti dəyərləndirməyə bilməzdim.
AncaqNəsimi demək Hürufilik demək. Hürufilik demək təsəvvüf demək. Təsəvvüf deməkkiminə görə dəlilik, kiminə görə kamillik, kiminə görə varlıq, kiminə görəyoxluq, kiminə görə hər şey, kiminə görə heç nə, kiminə görəsə eşqdir. Təsəvvüfdemək burulğan deməkdir, eyni zamanda. Mərkəzində eşqolan burulğan... Qarşısına çıxan hər şeyi silib-süpürən bir burulğan... Ayağıyerdə, başı səmalarda olan burulğan... Özünü ona qapdıran kimsə, onunla birlikdəburula-burula qalxır səmaya, onunla bütünləşir, onunla ikonalaşır. Təsadüfdürmü səmazənlər?Mümkünmü səmanın təmsili-burulğan olması? Bəlkə elə səma təsəvvüfün ikonalaşmışversiyasıdır. Torpaqdan güc alıb, burulduqca səmaya doğru ucalan, ucaldıqca fənaolan. Torpaqdan var olub, Allahda yox olan. Axı, təsəvvüfün ən yüksək mərtəbəsiFənafillahdır.
Der tariqi Nakşibəndi lazım aməd çar tərk,
Tərki-dünya,tərki-üqba, tərki-həsti, tərki-tərk... deyir bir mütəsəvvif.
Sondayenə fəna olmaq, yox olmaq gəlir. Nəqşibəndi təriqətinə mənsub olmaqçün dörd tərkönəmlidir. Dünyanın tərki, üqbanın (axirətin) tərki, həstin (nəfsin) tərki, nəhayət,tərkin tərki. Yəni külliyən yox olmaq. Özündən ayrılıb özünü eşq burulğanına təslimetmək.
Mövlanə Cəlaləddin Rumi:-"mənim dinimeşqdir” demirmi?! Təsəvvüfün Allahı eşqdir. Təsəvvüfün dini eşqdir. Təsəvvüfünməzhəbi eşqdir. Məgər meracda Cəbrayıl əleyhissəlam Muhəmməd Peyğəmbərə "Ya Muhəmməd,bundan sonra təksən. Bir addım da atsam, yanaram. Yürü, ya Muhəmməd, eşq iləyürü” demir?! İnsanın mələkdən üstün halıdır aşiqlik. Yalnız aşiqlər Allahaqovuşduqları gecəni Şəbi-Arus adlandırar. Çünki, eşqdə sərhəd yoxdur. Çünki,eşqdə pərdə yoxdur.
Əgər Nəsimideyirsə ki:-
Zahid mənəm,abid mənəm, asi mənəm, fasiq mənəm,
Mömin mənəm, kafir mənəm, mən külli-insan olmuşam.- demək ki, o eşq atəşindəyanıb yox olan və eyni zamanda, yoxluq içərisində var olan aşiqdir. Aşiqinhalınısa aşiqlər anlar. Nəsimini anlamaqçün yanmaq gərək. Nəsimini anlamaqçünburulğana qapılmaq gərək. Ancaq eşqə anlam qazandırmaq mümkünmü.?!
Könül istərdi kiİftixar Piriyevin xəyal məhsulu olan "Haqq mənəm”i məhz bu sferada dəyərləndirim.Nə yazıq ki, Nəsimi ilə İftixar bəyin arasında aşılması zor olan "dağlar” var.İftixar bəyin yozumundakı Nəsimi daha cılız, daha acizdir nədənsə. Dizləriniyerə atıb mərsiyə oxuyacaq qədər. Deməli rejissorun "Nəsimisi” aşiq deyil.
Gər bağ-u gərbostan ola.
Gər bəndi gər zindan ola,
Gər vəsl-i gər hicran ola,
Qəhrin da xoş, lütfün də xoş… demirmi aşiqlər?!
Düşündüm,ya hu, görəsən, İftixar Piriyev Hürufilərin hərflərin kombinəsindən formalaşanilahi ikonasından, sufi elmindən, sufi yaşantısından, təsəvvüfün insanda Allahgörməsindən xəbərdardır?
O, bu düşüncənin hansı məqamındadır? Bəlkə, sadəcə,kənardan baxanlardandır? Məncə ikinci versiya daha məntiqlidir. Natiq Həziyevincanlandırdığı Nəsimi öz ampluasından kənarlaşır, kənarlaşdıqca bərraqlığınıitirir… adiləşir… cılızlaşır… mərsiyəxana çevrilir.
Əslində, tamaşanı tam fərqli xəyaledirdim. Məncə, haqsız da sayılmaram, Axı, söhbət İmadəddin Nəsimidən gedir. Pərdəqapalıdır və pür-diqqət baxıram. Xəyalım sufi-təsəvvüfi elementlərlə bəzənmiş vəsəmazənlərin dövrə vurduğu səhnə, hətta pərdənin açılmasıyla neyin yanğılı naləsieşliyində zikr çənbəri, mürşidin ətrafında eşq pərvanələritək dönən müridlər, Ləiləhəİlləllah zikrinin fonunda Nəsiminin qəzəllərindən ibarət zikr məclisi görməkdi.
Gəl-gələlimbu gün biz İftixar Piriyevin xəyalına baxdıq. Pərdə açılır və neyin naləsi əvəzinə,həyəcan dolu ritmik musiqi zalı bürüyür. Özünəməxsus temperamentdə cəlladlarınmüşayiətilə Nəsimi, arxasınca isə yaşının cavan olmasına rəğmən beli bükülmüşŞeyx daxil olurlar səhnəyə. Xəyali dar ağacı qurulub və böyük mütəsəvvifinedamına hazırlıq gedir. Cəlladlar çənbər oluşdurublar ətrafında. Mərkəzdə O vəŞeyxül-İslam. İki alovun mübarizəsi. Biri eşq atəşiylə yanıb qovrulan aşiq, digərişeytanın odunda (şeytan oddan yaranıb) yanıb zayi olmağa məhkum cahil. Nəsimiilə mübarizədə məğlub olan Şeyx sanki, mədət umarcasına cəlladların üzərinəgedir. Gəl ki, kimə əl uzadırsa, hamıbir ağızdan Nəsiminin qəzəlini oxuyur. O an dedim Nəsimini yox, Şeyxi edam edəcəklər.İçimdən bir sual, ya hu, madam bu adamlar Nəsimini dəstəkləyir, qəzəllərini əzbərləyiblər,bəs, niyə edam edirlər. Məlum olur ki, məyərsə bu şairin yuxusu imiş. Onunyuxusu ilə başlayan tamaşa rejissorun xülyası ilə son bulacaq. Amma buna qədərçox hadisə baş verir. Lazım olduğundan daha çox. O qədər çox ki, sonda bir ifadəvasitəsi qalır – həftəbecər. Muğam üslubunda qurulmuş dərviş məclisi, Teymurlənginqarşısında ərəb musiqisinin sədaları altında göbək rəqsi oynayan qız (diqqətəçatdırım ki, tamaşa boyu seyrçilər tərfindən ən çox maraqla qarşılanan səhnə məhzbu oldu. Təbiri caizsə, Günel Əliyeva zala su səpdi oyunu ilə), Teymurun yumruqzərbəsiylə Miranşahı xədim etməsi. Tamaşaçı bilmədi üzülsün, ya gülsün. Sondadaha bir şok. Teymurləng Nəsimini əfv edir və İftixar bəyin qəhrəmanınaçevrilir. Yazar "Ənəlhəq” deyib dünyanı ayağının altına alan filosof-şairiçarmıxa çəkməməklə onu yaşadacağını düşünür. Ancaq elə deyil, cənab rejissor,siz aşiqi məşuquna qovuşdurmadız. "Zifaf gecəsi”nə həsrət qalan aşiqinyaşadığını düşünürsünüzsə, yanılırsız. Cılızlaşdırma təşəbbüsünün nöqtəsi qoyuldubu mizanla. Sanki rejissorun məramı, Nəsimiheykəlini, Nəsimi mifini, Nəsimi ideyasını tamamilə dağıtmaq, yerlə yeksan etməkidi. Və budur hər kəsin maraqla gözlənti içərisində olduğu mifik-təsəvvüfiüslub şəbehə çevrildi. Heyif… Çox heyif…
Diqqətəçatdırım ki, tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı Əməkdarmədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqitərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.
Rolları Natiq Həziyev (Nəsimi), Əməkdar artist RəşidRzayev (Əmir Teymur), Bəhruz Hikmətoğlu (Şeyx Zahid), Məhərrəm Musayev (Baş vəzir),Müdvər Nemətova (Afət), Niyaməddin Səfərəliyev (Dərviş), Əmrulla Nurullayev (Dərvişlibaslı mürid), Anar Buludov (I mürid), Zəki Fətəliyev (II mürid), ArzumanTanrıverdi (III mürid), Samir Əliyev (IV mürid), Rövşən Cəfərov (Miranşah), FəridVəliyev (Carçı), Güney Əliyeva (Rəqqasə), Tünzalə Əliyeva (Əməkdar artist),Xatirə Süleymanova (Əməkdar artist), Səmayə İsmayılova, Sevinc Hüseynova, PərvinDadaşova, Xədicə Məmmədova, Səbinə İmamverdiyeva və Sevinc Bəxtiyar ifa edirdilər.
Sonda bir məqamı qeyd etmədən keçə bilmərəm.Ətrafımda əyləşən insanlar tamaşadan öncə Bərdə Regional Mədəniyyət İdarəsininrəhbərliyini alqışladılar. Zalın həddən ziyadə təmiz, səliqəli, bir sözlə,qüsursuz olması və işçilərin hər bir nəsnəyə çox həssaslıqla yanaşması zövqverirdi insana. Qeyri ixtiyari fərəh hissi keçir daxildən. Dövlətin əmanətinəbu şəkildə sahib çıxmaq və onu qorumaq gözəl haldır. Bu məqam nə mənim, nə seyrçilərin,nə də gələn qonaqların (İrəvan Azərbaycan teatrının kollektivi) diqqətindənqaçmadı. Təşəkkürlər hörmətli İlyas Hacıyev (Bərdə Regional Mədəniyyət İdarəsininrəisi).
Hər şeyə baxmayaraq teatrın rəhbərliyinə və BərdəRegional Mədəniyyət İdarəsinə dərin təşəkkür və minnətdarlıq hisslərimibildirirəm ki, Bərdədə bizlərə teatr adlı nəsnənin var olduğunu əyani şəkildəgöstərdilər.
Davamlı olmasıdiləyi ilə
Əbülfəzəmin

Kaspi.az

ƏVVƏLKİ XƏBƏR

Prezident üç generalı “Rəşadət” ordeni ilə təltif edib

SONRAKI XƏBƏR

Duası qəbul olunmayan şəxs Müqəddəs Məryəmin rəsmini daşa basdı - VİDEO