Səlahiyyətli nümayəndə

Bir tamaşanın yaxud kinofilmin ərsəyəgətirilməsində dramaturqdan, rejissordan tutmuş, butafora, texniki işçilərə qədərçoxsaylı peşəkarlar uzun müddət çalışırlar və nəhayət hazırlanmış səhnə, ekran əsərinitamaşaçılara təqdim edirlər. Hər bir əsərin süjetində müxtəlif səpkili vəmaraqlı həyat hadisələri, əhvalatlar, dönüşlər ola bilər. Lakin bütün bunlarözü-özlüyündə tamaşaçı üçün önəmli deyil. Onun üçün önəmli bu hadisələriyaşayan, bütün konfliktlərin, toqquşmaların mərkəzində dayanan insandır, buinsanın həyatı, xarakteri, taleyidir... Bu sənət əsərlərinin əsas diqqət mərkəziinsan olduğuna görə ön plana bu insanı bilavasitə canlandıran aktyor çıxır vəo, əsəri yaradan peşəkarların demək istədiklərini öz oyunu, ifası ilətamaşaçılara çatdırır. Beləliklə, aktyor yaradıcı heyətin, bir növ, səlahiyyətlinümayəndəsi olur...
Bəs, aktyorlar bu etimadın məsuliyyətinibütün dolğunluğu ilə dərk edirlərmi, üzərlərinə düşən işin öhdəsindən lazımıncagələ bilirlərmi? Onlar öz işlərində hansı yolu tuturlar, obrazın insanivarlığını dərinliyi və dolğunluğu ilə aça bilirlərmi, yaxud üzdən gedərək,obrazın zahiri görüntüsünü yaratmaqla kifayətlənirlər və nəhayət, bu obrazdanistifadə edərək ən qorxulu xəstəliyə - özününümayişə düçar olurlar?
Məlumdur ki, insan bir varlıq kimimüxtəlif qatlardan ibarətdir və onun görünən üst qatı heç də onun əslvarlığının göstəricisi deyil. Çox təəssüf ki, teatrlarımızın hələ də yaxaqurtara bilmədiyi melodramatik oyun üslubu, rolların amplualara bölünməsi iləüzləşdiklərinə görə aktyorlarımız çox vaxt obrazın yalnız üst, görünən qatınıoynamaqla kifayətlənirlər, o biri qatlar, obrazın intellekti, düşünmə qabiliyyətidiqqətdən kənarda qalır. Bu daxili boşluğu gizlətmək üçün aktyorlarımızrejissorlarımızın fəal köməyi ilə müxtəlif səhnə effektlərindən, görüntülərindənbol-bol istifadə edirlər. Melodramatik üslubda oynayan aktyorlar çox zamanromantik, yaxud lirik oyun tərzinə müraciət edirlər, çünki məhz bu üslublarlatamaşaçıların duyğularına təsir etmək nisbətən asan olur, amma bu təsir insanınüst qatındakı duyğularını qıcıqlandırmaqla bitmiş olur, onun dərin qatlarına, qəlbinəvə şüuruna toxuna bilmir. Aktyor da birinci qatın əldə etdiyi qazancla kifayətlənirlər,hətta bu qazanc ona populyarlıq, şöhrət, ad-san gətirir, o da bununlaarxayınlaşır, düşünmür ki, ikinci və sonrakı qatları, intellekti işə salmadan əslsənət əsəri yaratmaq mümkün deyil və bu yaradıcılıq işi yalnız dar çərçivəli məkandavə dar çərçivəli düşüncə və zövqə malik insanların, tamaşaçıların rəğbətiniqazana bilər. Nəticədə sənətdə əyalətçilik ruhu peyda olur – "Biləcərisindromu” xəstəliyi...
Əlbəttə, belə qüsurlu yanaşmanın məsuliyyəti,ilk növbədə, rejissuramızın üzərinə düşür, çünki məhz onlar aktyorlarımızı beləoyun tərzinə təhrik edirlər. Əgər obraz müsbətdirsə o, mütləq məlahətli, əzəmətli,qürurlu görünüşə malik olmalıdır, necə deyərlər – Əyilməz vicdanın böyük heykəli...və əgər mənfidirsə, onun bütün görkəmində, sifətində, hərəkətlərində bu mənfilikaydın şəkildə görünməlidir. Kino sənətində belə yanaşma daha qabarıq göründüyünəgörə kinorejissorlarımız çəkdikləri filmlərdə üstünlüyü əcnəbi aktyorlaraverirdilər, amma təəssüf ki, onlar da bu işdə həddi çox aşırdırlar, bəzən bunaheç ehtiyac olmayanda da... Nəticədə bir çox filmlərimizdə baş və aparıcırolları öz aktyorlarımız deyil, dəvət olunmuş əcnəbi aktyorlar ifa edirlər, özüdə azərbaycanlı insanların obrazlarını. Bu aktyorlar ifadəli görünüşlə, peşəkarlıqlaekran obrazını canlandırırlar, lakin burada obrazın milli ruhu, mentalitetə xasxüsusiyyətlər itmiş olur, nəticədə tamaşaçılara natamam ekran obrazı təqdimedilir.
Təəssüf hissi ilə deməliyik ki, buekran obrazlarının sayı bir, beş, on deyil, bundan qat-qat çoxdur vəoxucularımız asanlıqla onları yada sala bilər. Onların bəzilərini xatırlayaq.
n NazimHikmətin əsəri əsasında "Bir məhəlləli iki oğlan” filmində baş rollar Əhməd vəNuri obrazlarını rusiyalı aktyorlar V.Medvedev və S.Sokolovski oynayırlar.
n MehdiHüseynin romanı əsasında çəkilmiş "Səhər” filmində baş rolu, ucqar bir kənddənBakıya gəlmiş, burada neft mədənlərində fəhlə işləyən və o vaxtkı inqilabiburulğanlara düşmüş Bayram adlı obrazını gürcü aktryoru Q.Çoxonelidze ifa edir.
n "Qanunnaminə” filmində baş rol Mehman obrazına osetin aktyor B.Vatayev çəkilib.
n "Tütəksəsi” filmində baş rol Cəbrayıl obrazına moldavan aktyor M.Volontir çəkilib.
n "Adgünü” filmində əsas qəhrəman Əli obrazına gürcü aktyoru D.Uplisaşvili çəkilib.
n "Telefonçuqız” filmində baş rolu ukraynalı aktrisa R.Nedaşkovskaya ifa edir.
n "Ulduzlarsönmür” filmində görkəmli dövlət xadimi, tanınmış dramaturqumuz Nəriman Nərimanovobrazını rusiyalı aktyor V.Samoylov canlandırır.
n "Onubağışlamaq olarmı” filmində iki baş rolu osetin aktyoroynayır və filmin sonunda – Onu bağışlamaq olarmı - pafoslu sualını yalnız birepizodda görünən tanınmış gürcü aktrisası Veriko Ancaparidze söyləyir.
n Deyilənlərəgörə, rejissor Adil İskəndərov "Azərbaycanfilm” kinostudiyasında direktor vəzifəsindəişlədiyi vaxtlarda rejissorlarımızın əcnəbi aktyorlara meyillərini azaltmağaçalışmışdır, lakin özü də "Əhməd hardadır” filmini çəkərkən Əhmədin kiçikbacısı, filmdə heç bir önəmli funksiya daşımayan gənc qız roluna gürcüstanlı gəncaktrisanı çəkmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, göstərilən bu nümunələrbizim filmlərimizdə azərbaycanlı obrazları ifa edən əcnəbi aktyorların çoxkiçik bir hissəsidir və bu siyahını uzatmaq olar...
Və belə olduqda bir sual ortaya çıxır. Əcnəbiaktyorların bizim filmlərdə geninə-boluna at oynatmalarına rəğmən niyə bizimaktyorlarımız bu ölkələrdə, ilk növbədə, qonşu Gürcüstanda çəkilən filmlərə heçvaxt dəvət almayıblar? Niyə belə alçaldıcı vəziyyət yaranmışdır, bunun səbəbi,kökləri nədədir? Bizim kinoşünaslarımız, kino xadimlərimiz özünütərifləmə,raportomaniya ruhundan əl çəkməli, bu sualların cavablarını tapmalı və lazımıqiymət verməlidirlər.
Aktyor məsuliyyətindən danışarkən xüsusi qeyd etməliyikki, o yaradıcı sənətkardır, heç vaxt passiv, gözləyici vəziyyətdə qalmamalıdır,unutmamalıdır ki, o, rejissorun, xüsusən novatorçuluq iddiasında olanrejissorun əlində icraçı robot deyil. Tamaşanın ümumi konsepsiyasından çıxış edərəkaktyor öz sözünü deməyi bacarmalıdır, yaratdığı obrazı ilə tamaşanın ali məqsədinəqulluq etməlidir. Aktyor oynadığı obrazın elə xüsusiyyətlərini tapmalıdır ki,bunlar hamı üçün, hətta pyesin müəllifi və tamaşanın rejissoru üçün də gözlənilməzolsun, çünki bu işdə səlahiyyət onun əlindədir. Burada biz bir örnək kimi görkəmliaktrisamız Nəsibə Zeynalovanı xatırlamalıyıq, çünki onun yaratdığı obrazlardramaturq və rejissordan daha çox özünün yaradıcılıq məhsuludur. Aktrisanınyaratdığı hər bir obrazda zəngin müşahidə qabiliyyəti, obrazın müxtəlif insanixüsusiyyətlərini ön plana çəkmək və hətta tamaşaçı ilə kontakt-ünsiyyətyaratmaq bacarığı aydın şəkildə duyulur.
Burada aktyorun başqa vacib xüsusiyyətinə dətoxunmaq lazımdır. Bəllidir ki, aktyor peşəsi asılı peşədir – rol verilsə,aktyor özünü necəsə göstərə bilər, verilməsə, potensial imkanları tədricənsönüb heç ola bilər. Ona görə də aktyor fəal şəkildə öz bacarığını, istedadınıüzə çıxarmalı və müxtəlif formalar, vasitələrlə tamaşaçılarla ünsiyyətə girməlidir.Burada biz yenə də başqa aktyor-örnəyə müraciət edə bilərik. Söhbət amerikalıaktyor Dastin Hofmanın məşhur "Tutsi”filmində yaratdığı aktyor obrazından gedir. Burada aktyor özünü təsdiq etməküçün son dərəcə mürəkkəb vasitələrə əl atır və əzm göstərərək öz istəyinə tamdolğunluğu ilə nail olur.
Onu xüsusi qeyd etmək lazımdır ki, göstərdiyimiz həriki nümunədə aktyorun özünə məftunluq hissi qəti şəkildə yoxdur, burada bütündolğunluğu ilə canlı insan obrazı yaratmaq və tamaşaçılara çatdırmaq istəyi,fikri dayanır. Tamaşaçı da bu istəyi anlayır, qəlbən duyur və ona görə dəaktyora minnətdar olur, çünki aktyor bir yaradıcı şəxs kimi, ona ağıllı sözdemişdir, onun duyğularını oyatmışdır, nəhayət, böyük yaradıcı kollektivinadından səlahiyyətli nümayəndə kimi öz missiyasını uğurla yerinə yetirmişdir...

Fikrət Sultanov
Əməkdarincəsənət xadimi, professor

Kaspi.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyevdən sərəncam: Üç general istefaya buraxıldı

SONRAKI XƏBƏR

Əsgərlərimiz hər an döyüşlərə atılmağa hazırdırlar