“YARAT” böyüklər üçün ustad dərslərini gələn ay da davam etdirəcək

“YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri mart ayında da davam etdiriləcək.

“YARAT”dan AZƏRTAC-a bildirilib ki, yaradıcılıq ab-havası ilə dolu rəngarəng layihə çərçivəsində martın 4-ü, 11-i, 18-i və 25-də ustad dərsləri keçiriləcək. Ustad dərsləri zamanı iştirakçılar özlərini tamamilə yaradıcılığa həsr edə biləcək. Budəfəki dərslərdə iştirakçılar “rənglər vasitəsi ilə özünü necə ifadə etmək olar?” sualına cavab tapmağa çalışacaqlar.

Bütün ləvazimatlar XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı muzeyi tərəfindən qarşılanacaq.

Qeyd edək ki, dost və ailə mühitində yaradıcılıq vasitəsilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsət olan ustad dərsləri müvafiq olaraq saat 19:00-21:00-da keçiriləcək.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

"Azərişıq" fərdi yaşayış evləri və obyekt sahiblərinə növbəti dəfə xəbərdarlıq edib

SONRAKI XƏBƏR

Azərbaycanda 1 milyona yaxın köhnə işıq sayğacı dəyişdiriləcək