Rusiyanı "Avroviziya-2020"də təmsil edəcəyi deyilən müğənni qəzəbləndi: "Abırsızlıqdır"

Rusiyanı "Avroviziya-2020"də təmsil edəcəyi deyilən müğənni qəzəbləndi: "Abırsızlıqdır"

KİV-də və sosial şəbəkələrdə müğənni Aleksandr Panayotovun “Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsində Rusiyanı təmsil edəcəyi ilə bağlı yayılan xəbərləri sənətçi təkzib edib.

Oxu.Az xəbər verir ki, müğənni bu xəbərlərin doğru olmadığını bildirib.

O, iki saat öncə bu barədə şəxsi “Instagram” hesabında məlumat verib.

“Ötən gün sarı mətbuatda və “Instagram”da Rusiyanı “Avroviziya-2020”də mənim təmsil edəcəyimlə bağlı yalan məlumatlar yayılıb.

Rusiyadan müsabiqədə kimin iştirak edəcəyi barədə elanı açıqlayacaq yeganə mənbə ölkənin Birinci Kanalıdır. Mən də bu barədə heç bir məlumata sahib deyiləm. Bilmirəm bunu kim və niyə edir? Ancaq bu məqsədyönlü şəkildə edilirsə, abırsızlıqdır. Hamınıza təşəkkür edirəm!”, - deyə A.Panayotov qeyd edib.

 

Mənbə: big.az