Məşhur futbolçunun bacısı "Survivor"da eşq yaşayır? - FOTOLAR

Məşhur futbolçunun bacısı "Survivor"da eşq yaşayır? - FOTOLAR

Daha öncə də xəbər verdiyimiz kimi, argentinalı futbolçu Mauro İkardinin bacısı İvana İkardi İspaniyada "Survivor" yarışmasına qatılıb.

Unikal.org məlumat verir ki, tez-tez qardaşının həyat yoldaşı Vanda Nara ilə baş verən qalmaqalları ilə gündəmə gələn İvana İkardinin "Survivor"da iştirakçılardan biri Huqo Sierra ilə eşq yaşadığı iddia olunub. O, yayımlanan son bölümdə "Belə birini yaxşı ki tanımışam, çox xoşbəxtəm" deyib. İvana İkardinin uruqvaylı iştirakçı ilə yaxınlaşdığı görüntülər insanların marağına səbəb olub.

Qeyd edək ki, yarışmanın qalibinə 200 min avro (370 min manat) mükafat veriləcək.

 

Mənbə: www.unikal.org