Əməkdar artist Mövsüm Hüseynov dəfn olundu - FOTO

Əməkdar artist Mövsüm Hüseynov dəfn olundu -

Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Mövsüm Hüseynov dəfn olunub.

Bizim.Media xəbər verir ki, mərhumla Sumqayıt şəhərindəki evində vida mərasimi keçirilib.

Mərasimdə sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər. Aktyor Sumqayıt şəhər qəbiristanlığına dəfn olunub.

Qeyd edək ki, tanınmış aktyor uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.


Mənbə: bizim.media