Araşın Bakı konsertinin qiymətləri “əl yandırır”

Araşın Bakı konsertinin qiymətləri “əl yandırır”

Dünya şöhrətli ifaçı Araş martın 22-də Bakıda konsert verəcək.

Axşam.az xəbər verir ki, diqqətçəkən məqam isə onun tədbirinə olan biletlərin “əl yandıran” qiymətidir.

Müğənninin fanatları onu görmək üçün minimum 136 manat ödəməlidir. Bu qiymət ən axırıncı sıralar üçün nəzərdə tutulub. Lakin sektorların fərqinə görə sonuncu sıradakı qiymət 170 manat da ola bilər.

Birinci sıranın qiyməti isə bütün sektorlarda 425 manatdır.

Qeyd edək ki, hələki bilet satışında müsbət hal sezilmir, konsertə iştirak etmək istəyənlərin sayı azlıq təşkil edir.

Mənbə: axsam.az