“Onu yandıraq, yandırmazdan əvvəl boğaq”

“Onu yandıraq, yandırmazdan əvvəl boğaq”

Dünyaca məşhur aktyor Conni Depp və keçmiş arvadı, aktrisa Ember Herd arasında ötən gün növbəti məhkəmə prosesi keçirilib.

Axşam.az xəbər verir ki, Emberin vəkili Connin keçmiş həyat yoldaşını vəhşicəsinə öldürməklə hədələdiyi ismarışları hakimə təqdim edib.

Aktyorun dostu Pol Bettani ilə telefondakı yazışmasında “Onu yandıraq, yandırmazdan əvvəl boğaq. O yanıb meyit olana qədər səbrlə gözləyib, əmin olacağam” sözləri qeyd olunub.

Conninin vəkil isə qarşı tərəfin irəli sürdüyü ittihamları təkzib edib.

Qeyd edək ki, aktyor Emberdən 50 milyon dollar təzminat tələb edir.

Mənbə: axsam.az