“iPhone 11”lə klip çəkdirdi - Video

“iPhone 11”lə klip çəkdirdi -  Video

Ekstravaqant müğənni Ledi Qaqa telefonla çəkdirdiyi yeni klipini təqdim edib.

Axşam.az xəbər verir ki, "Stupid Love" (“Axmaq sevgi”) adlı mahnıya çəkilən ekran işi “iPhone 11 Pro” telefonu ilə lentə alınıb.

Hər zaman qeyri-adi geyimləri ilə gündəmə gələn ifaçı yeni işində də ənənəsinə sadiq qalıb.

Klipin rejissoru Daniel Askilldir.

Mənbə: axsam.az