"Türkiyəyə kömək üçün hər variantı gözdən keçiririk" - ABŞ

"Türkiyəyə kömək üçün hər variantı gözdən keçiririk" - ABŞ

"ABŞ İdlibdəki vəziyyətlə əlaqədar Ankaraya köməklik göstərmək üçün bütün variantları gözdən keçirir və buna görə də Türkiyə ilə danışıqlar aparır".
BakuPost xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın Dövlət Katibi Mayk Pompeo deyib.

Pompeo eyni zamanda İblibdə türk əsgərlərinin öldürülməsini pislədiklərini və Türkiyəyə başsağlığı verdiklərini bildirib.
Dövlət katibi əlavə edib ki, ABŞ bu məsələyə önəm verir, Əsəd rejimi və Rusiyanın qəddar hücumlarının qarşısını almaq, İdlibdəki vəziyyəti yüngülləşdirməyə çalışır, Əsəd rejimi, Rusiya, İran və “Hizbullah” İdlibdə hücumlara son verməlidir.
Vəsilə İbrahimBAKUPOST
 

Mənbə: www.bakupost.az