İqlesias övladına mövcud olmayan rus adı qoydu - FOTO

İqlesias övladına mövcud olmayan rus adı qoydu -  FOTO

Dünyaca məşhur ispaniyalı müğənni Enrike İqlesias yeni doğulmuş qızına mövcud olmayan rus adı qoyub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı "Lenta.ru"ya müsahibəsində bunları deyib:

"Bizim qızımız üçün Maşa (Mariya yox - red.) adını Anna seçib, o, mənim çox xoşuma gəlir. Annanın köməkliyi ilə mən rus dilini öyrənirəm və artıq bir az fikrimi izah edə bilirəm. Evdə biz üç dilin qarışığında danışırıq: ispan, rus və ingilis. Ümid edirəm, bizim uşaqlarımız hər üç dildə sərbəst danışacaqlar və müxtəlif mədəniyyətlərlə tanışlıq imkanı əldə edəcəklər".

Milli.Az

Mənbə: news.milli.az