Oksana hicaba keçdi? - FOTO

Oksana hicaba keçdi? - FOTO

Tanınmış aktrisa, rəqqasə Oksana Rəsulova sosial şəbəkə hesabında yeni foto paylaşıb.

BiG.AZ xəbər verir ki, rəqqasənin paylaşdığı foto izləyicilərin diqqətini çəkib. Hicab geyimində paylaşdığı fotoya yazdığı şərhdən aydın olub ki, bu, Oksananın yeni fotosesiyyasına görədir.

Şərhdə qeyd olunur:

"Nəhayət ki, çox gözlədiyimiz “Keçmiş əsrin türk qadınları” foto-layihəsi işıq üzü gördü. Əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Bu layihə sizi yaxşı mənada çox təcübləndirəcək" şərhini yazıb.

Layihə izləyiciləri həqiqətən təəccübləndirib. Rəqqasənin fotosuna çoxsaylı şərhlər yazan izləyici kütləsi Oksananın bu imicini çox bəyəndiklərini qeyd ediblər.

Sözügedən fotonu təqdim edirik:




Lamiyə Məmmədova

 

Mənbə: big.az