Uitni Hyuston öldükdən 8 il sonra İLK KONSERTİNİ VERDİ

Uitni Hyuston öldükdən 8 il sonra İLK KONSERTİNİ VERDİ

Ötən yüz ilin ən möhtəşəm səsinin sahibi, məşhur amerikalı müğənni Uitni Hyustonun holoqramı onun faciəvi ölümündən 8 il sonra Şeffilddə ilk konsertini verib.
BiG.AZ-ın ru.hellomagazine.com-a istinadən verdiyi xəbərə görə, müğənninin holoqramı bütün dünyada konsert turuna çıxacaq.
Fevralın 25-də keçirilən "Uitni ilə axşam" adlı qeyri-adi konsert "Estate of Whitney E. Houston" ilə birgə "BASE Hologram" tərəfindən təşkil olunub.
2012-ci ildə dünyasını dəyişən məşhur müğənninin holoqramının şousunda Hyustonun bütün musiqiçiləri və rəqqasları da iştirak edib.
Natəvan Baxşiyeva
 

 

Mənbə: big.az