Yunan rəsmilərdən miqrantlara: "Sizi aldadıblar, sərhəd qapıları bağlıdır"

Yunan rəsmilərdən miqrantlara:  "Sizi aldadıblar, sərhəd qapıları bağlıdır"

Türkiyənin Avropaya sərhəd qapılarını açdığı xəbərlərindən sonra Yunanıstan sərhədinə toplaşan miqrantlar xəyal qırıqlığı yaşayıblar.
BakuPost.az BBC-yə istinadən xəbər verir ki, İstanbuldan Ədirnədəki sərhəd qapısına gedən yüzlərlə miqrant sərhədin yalnız Türkiyə tərəfdə açıq olduğunu, nə Yunanıstan, nə də Bolqarıstanın sərhədləri açmadığını bildiriblər.
Yunanıstanın Kastanyes Gömrük Qapısı mühacirlərin keçməməsi üçün barrikada ilə bağlanıb.
Yunanıstanın sərhəddəki rəsmiləri miqrantlara gah üz-üzə, gah da səs ucaldıcılarla, "Sizə yalan deyiblər. Sərhədlərimiz qeyri-qanuni keçidlər üçün bağlıdır. Bunu Türkiyə rəsmilərinə deyin" deyərək, xəbərdarlıq ediblər.

Mühacirlərin bir hissəsi Yunanıstanın sərhəd qapısını itələməyə başladıqdan sonra ölkənin təhlükəsizlik qüvvələri əvvəlcə səs bombaları, daha sonra isə göz yaşardıcı qazlarla izdihamı dağıtmağa çalışıblar.

Mənbə: www.bakupost.az